23:33 29-09-2020
news_image
109
FUTBOL

20 yaşlı futbolçusuna 120 milyon qiymət qoydu – “Borussiya”

“Mançester Yunayted” Dortmund “Borussiya”sının futbolçusu Ceydon Sançodan əl çəkmir 

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu gənc vinger üçün növbəti dəfə almanların qapısını döyüb.

“Mankunianlar” bu dəfə 80 milyon avro və əlavə 20 milyon avro bonus təklif edib. Lakin Bundesliqa təmsilçisi yenə mənfi cavabla Sançonun satışına razılıq verməyib. “Borussiya” rəhbərliyi 20 yaşlı oyunçusunu 120 milyon avrodan ucuz qiymətə satmayacağını bəyan edib. Ancaq təslim olmayan “Mançester Yunayted” növbəti təklifə hazırlaşır.

Qeyd edək ki, İngiltərə millisinin üzvü 2017-ci ildən “Borussiya”nın əsas komandasında çıxış edir.