00:03 30-09-2020
news_image
133
FUTBOL

“Mançester Siti”nin hədəfində – “Bavariya”lı

Almaniya çempionu “Bavariya” daha bir futbolçusu ilə vidalaşa bilər.
 
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Tyaqo Alkantaradan sonra müdafiəçi David Alabanın da İngiltərəyə yollanmaq ehtimalı yaranıb.
 
Müdafiənin sol cinahında Benjamin Mendi ilə rəqabət apara biləcək oyunçu axtarışına çıxan “Mançester Siti” üçün ən ideal variant kimi məhz Alaba görünür. Ancaq bu keçidin reallaşması Mançester klubunun Aleksandr Zinçenkonu satmasından asılıdır. “Barselona”nın diqqət mərkəzində olan Zinçenkonun gedişi reallaşarsa, Premyer Liqa təmsilçisi Alabanın transferinə cəhd edəcək.
 
Qeyd edək ki, “Bavariya” ilə yeni müqavilə imzalamaqdan imtina edən David Alaba “transfer pəncərəsi” bağlanana qədər klubunu dəyişmək niyyətindədir.