00:16 30-09-2020
news_image
132
FUTBOL

“Yuventus” “Arsenal”a rəqib oldu – fransalıya görə

Fransanın “Lion” klubunun yarımmüdafiəçisi Ussem Auar tezliklə komandasını dəyişə bilər.
 
Apasport.az saytının məlumatına görə, 22 yaşlı futbolçu üçün Liqa1 təmsilçisi növbəti təklif alıb.
 
Bu dəfə İtaliya çempionu “Yuventus” fransalı orta sahə oyunçusu üçün qarşı tərəflə təmasa keçib. Turin təmsilçisi Auarın transferinin mümkünlüyü barədə maraqlanıb. Bir müddət əvvəl İngiltərə “Arsenal”ının 38 milyon avroluq təklifini rədd edən “Lion” Auarın transferindən daha yüksək məbləğ qazanmaq niyyətindədir.
 
Qeyd edək ki, “Lion”la müqavilə müddəti 2023-cü ilin yayına qədər olan Ussem Auar 2017-ci ildən bəri 140 oyunda iştirak edib, 24 qol, 27 məhsuldar ötürmə ilə yadda qalıb.