00:51 30-09-2020
news_image
144
FUTBOL

Derbinin taleyini penaltilər həll etdi - Londonda

İngiltərə Liqa kubokunda 1/8 final mərhələsi start götürüb.
 
Apasport.az saytının məlumatına görə, ilk oyun günündə bir matç keçirilib.
 
London derbisində “Tottenhem”lə “Çelsi” üz-üzə gəlib. “Zadəganlar”ın bu yay transfer etdiyi Timo Verner matçın ilk yarısında yeni klubunda qol hesabını açıb. Lakin meydan sahibləri görüşün sonlarında hesabda tarazlıq yaradıb.
 
Matçın taleyini penaltilər seriyası həll edib. Daha dəqiq olan “Tottenhem” 1/4 finala yüksəlib.
 
Qeyd edək ki, mərhələyə oktyabrın 1-də yekun vurulacaq.
 
İngiltərə Liqa kuboku
1/8 final
29 sentyabr
“Tottenhem” – “Çelsi” – 1:1, pen. 5:4

Lamela, 84 - Verner, 19