01:48 30-09-2020
news_image
181
FUTBOL

Dayer qaçdı, Mourinyo qovdu - FOTO

İngiltərə Liqa kubokunun 1/8 final mərhələsinin “Tottenhem” – “Çelsi” qarşılaşması maraqlı hadisə ilə əlamətdar olub.
 
Apasport.az saytının məlumatına görə, oyunun 77-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Erik Dayer diqqət mərkəzinə düşüb.
 
O, əvəzlənmədən meydanı tərk edərək soyunub-geyinmə otağına qaçıb. Bunu görən baş məşqçi Joze Mourinyo onun dalınca yüyürüb. Az sonra futbolçu meydana qayıdıb, portuqaliyalı mütəxəssis isə texniki zonada yerini tutub.
 
Mourinyo hələ bundan öncə də diqqətləri üzərinə çəkib. O, oyunun gedişində rəqib həmkarı, vaxtilə rəhbərliyi altında oynamış Frank Lempardla söz davasına çıxıb. Buna hesabın açılmasından sonra Lempardın fəallaşması səbəb olub. Mourinyo ona 0:3 hesabı ilə uduzanda belə etmədiyini xatırladıb. Lakin penaltilər seriyası öncə onları bir-birinin əlini sıxıb.
 
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan matçın penaltilər seriyasında “Tottenhem” qalib gəlib – 5:4.