09:18 30-09-2020
news_image
184
FUTBOL

“Qarabağ”la asan olmayacaq” – Polşa millisinin keçmiş qapıçısı

“Legiya” və “Lex” Avropa Liqasında qrupa düşsə, daha səxavətli sponsorlar üçün tələbat artacaq”.

Apasport.az saytının məlumatına görə, bunu Polşa millisinin keçmiş futbolçusu Radoslav Maydan Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Legiya” – “Qarabağ” oyunu barədə danışarkən deyib.

48 yaşlı sabiq qapıçı matçın Varşavada oynanılmasının Polşa təmsilçisi üçün üstünlük olduğunu düşünür: “Legiya”nın taleyi öz əlindədir. Azərbaycanın çoxlarına ekzotik futbol ölkəsi kimi görünməsinə baxmayaraq, “Qarabağ” daha təcrübəlidir. Büdcəsi böyük, ciddi sponsoru olan bir klubdur. Təbii ki, asan olmayacaq. Ən vacibi odur ki, komandamız evdə oynayacaq. Ümid edirəm ki, bu, onların qələbə qazanmasına kömək edəcək”.

Qeyd edək ki, oktyabrın 1-də Polşa Ordu Stadionunda keçiriləcək “Legiya” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə 22:00-da başlayacaq.