09:56 30-09-2020
news_image
311
FUTBOL

“Qarabağ”la oyunöncəsi problem – “Legiya”da

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq Polşa çempionu “Legiya” dünənki məşqi tam heyətlə keçə bilməyib.

Apasport.az saytının məlumatına görə, hazırlıq zamanı bir neçə futbolçu zədə problemi səbəbindən baş məşqçi Çeslav Mixneviçin ixtiyarında olmayıb.

Bunlar qapıçılar Voyçex Mujik, Çezari Mişta, müdafiəçilər Marko Vesoviç, Villiam Remi və hücumçular Kaçper Kostoşla Vamara Sanoqodur. Onlardan Mişta və Remi “Qarabağ”la görüşün iştirak ərizəsində yer alır. Həmçinin hücumçu Joze Kante də hazırlığa qatılmayıb.

Qeyd edək ki, oktyabrın 1-də Varşavada keçiriləcək matç Bakı vaxtı ilə 22:00-da start götürəcək.