11:05 30-09-2020
news_image
106
FUTBOL

25 ildən sonra – çempiondan yeni rekord

Macarıstanın “Ferensvaroş” klubu 25 ildən sonra Çempionlar Liqasının qrupuna düşüb.
 
Apasport.az saytının məlumatına görə, sonuncu dəfə 1995/96 mövsümündə qitənin ən nüfuzlu klub turnirinin əsas raunduna çıxan macarıstanlılar yenidən eyni uğura imza atıb.
 
“Ferensvaroş” Çempionlar Liqası tarixində ən uzun fasilə ilə qrupa düşən komanda adını qazanıb. İndiyədək heç bir klub 25 ildən sonra bunu bacarmayıb.