00:52 01-10-2020
news_image
358
FUTBOL

Qrupa son üç vəsiqə sahibini tapdı – Çempionlar Liqasında

Çempionlar Liqasında pley-off mərhələsi başa çatıb.
 
Apasport.az saytının məlumatına görə, mərhələnin cavab oyunları çərçivəsində son üç qarşılaşma keçirilib.
 
Bu qarşılaşmalarda sonra qrup mərhələsinə son vəsiqələrin sahibi müəyyənləşib. Səfərdə “Midtülland”la qarşılaşan “Slaviya” hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. Əzmkar qələbə qazanan danimarkalılar qrupda oynamaq hüququ qazanıblar.
 
Rusiya “Krasnodar”ı evdə məğlub etdiyi PAOK-la səfər sınağında da güclü olub. “Zalsburq” öz meydanında “Makkabi”yə şans verməyib.
 
Beləliklə, “Zalsburq”, “Midtülland” və “Krasnodar” Çempionlar Liqasının, PAOK, “Slaviya” və “Makkabi” Avropa Liqasının qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, pley-off mərhələsinin digər üç cütünün qalibi sentyabrın 29-da bəlli olub. Qrup mərhələsinin püşkatması oktyabrın 1-də keçiriləcək.
 
Çempionlar Liqası
Pley-off
30 sentyabr
23:00. PAOK (Yunanıstan) - “Krasnodar” (Rusiya) – 1:2

El-Kadduri, 77 – Mixalidis, 73 (avtoqol), Qabeliya, 78
İlk oyun – 1:2
23:00. “Zalsburq” (Avstriya) - “Makkabi” (Təl-Əviv, İsrail) – 3:1
Daka, 16, 68, Şoboşlai, 45 (pen.) – Karzev, 30
İlk oyun – 2:1
23:00. “Midtülland” (Danimarka) - “Slaviya” (Çexiya) – 4:1
Kaba, 65, Şolts, 84 (pen.), Onyeka, 88, Dreyer, 90 - Olayinka, 3
İlk oyun – 0:0