11:31 30-09-2020
news_image
107
FUTBOL

"Yaxşı oyunçularımız çoxdur, komandamız güclüdür" - "Qarabağ"ın rəqibi

“Polşa klubları uzun müddətdir avrokubokların qrupunda iştirak edə bilmir”.

Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Legiya” klubunun yarımmüdafiəçisi Joel Valensiya Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyunu dəyərləndirərkən deyib.

Bu ilin yayında İngiltərə “Brentford”undan icarəyə götürülən ispaniyalı hücumameyilli oyunçu məqsədlərinin qrupa düşmək olduğunu söyləyib: “Hazırlaşmaq üçün bir həftəmiz var idi. “Drita”dan fərqli, “Qarabağ” önündə tapşırığımız daha çətin olacaq. Ümid edirəm ki, “Pyast”la müqayisədə “Legiya”da yaxşı işlər görəcəyəm. Yaxşı oyunçularımız çoxdur, komandamız güclüdür”.

Qeyd edək ki, oktyabrın 1-də Polşa Ordu Stadionunda keçiriləcək “Legiya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 22:00-da başlayacaq.