
00:36
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.
Apasport.az saytının məlumatına görə, Bakıda təlim-məşq toplanışında olan yığma hazırlıq çərçivəsində “Neftçi”nin U-19 komandası ilə qarşılaşıb.
Özündən böyüklərlə görüşən millimiz 3:1 hesablı qələbə qazanıb. Yığmamızın heyətində Şahmar Aşurov, Vasif Fərəcov və Ağadadaş Salyanski fərqlənib.