13:24 30-09-2020
news_image
131
FUTBOL

“Ayaks”ın futbolçusunu aldı – “Barselona”

Niderlandın “Ayaks” klubunun müdafiəçisi Serjinyo Destin karyerasını İspaniya təmsilçisi “Barselona”da davam etdirəcəyi dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, 20 yaşlı futbolçu keçidin reallaşması üçün Barselona şəhərinə yollanıb.

ABŞ millisinin üzvü artıq yerli xəstəxanaların birində tibbi müayinədən keçib. Destin La Liqa klubu ilə gün ərzində rəsmi müqaviləyə qol çəkməsi gözlənilir. Bu keçid “Ayaks”a 20 milyon avro qazandırıb. Amsterdamlılar daha 5 milyon avronu bonus kimi əldə edə bilərlər. Sağ cinah oyunçusu yeni komandası ilə 5 illik saziş imzalayacaq.

Qeyd edək ki, Serjinyo Dest “Barselona”da Ronal Kumanın baş məşqçi postuna təyinatından sonra ilk transferdir.