
17:58
Ağdamın “Qarabağ” klubu avrokuboklarda 60-cı səfər oyununu keçirəcək.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun yubiley matçı Avropa Liqasının pley-off mərhələsinə təsadüf edəcək.
Polşada “Legiya”nın qonağı olacaq Ağdam klubu indiyədək rəqib meydanlarında 59 qarşılaşmaya çıxıb. “Qarabağ” səfərdə 18 qələbə qazanıb.
Avrokuboklarda rəqib meydanlarında 15 heç-heçə əyalət təmsilçisi 26 matçda uduzub. Rəqib qapılarından 51 top keçirən “Qarabağ” öz qapısından 90 qol buraxıb.