14:32 30-09-2020
news_image
91
FUTBOL

“Yaşananlar məni çox incitdi” – Lionel Messi

“Komandadan ayrılmaq istədiyim ərəfədə susmağımın daha yaxşı olacağını düşünənlər var idi. Ancaq son həftələrdə yaşananlar məni çox incitdi və bunu belə ifadə etdim”.

Apasport.az saytının məlumatına görə, bunu “Barselona”nın kapitanı Lionel Messi ötən mövsümün sonunda komandadan ayrılmaq istəməsi ilə bağlı səsləndirilən sualı cavablandırarkən deyib.

Argentina millisinin üzvü əlavə edib ki, klub rəhbərliyi ilə yaranmış fikir ayrılıqları ilə bağlı problemlər artıq geridə qalıb. O, bütün diqqətini oyunlara yönəltdiyini söyləyib: “Bütün “Barsa” azarkeşləri birləşməli və ən yaxşısını düşünməlidirlər. Komandamızın məqsədi azarkeşlərimizə layiq olduğu sevinci yaşatmaqdır. Əgər “Barselona” rəsmilərindən kimsə səhv etdiyimi düşünürsə, bilsin ki, bütün bunları daha yaxşı və güclü “Barselona” qazanmaq üçün etmişəm”.

Qeyd edək ki, Lionel Messi bu yay İngiltərənin “Mançester Siti” klubu ilə 5 illik müqaviləni razılaşdırsa da, “Barselona”nın 700 milyon avroluq təzminat tələb etməsi keçidin baş tutmasına mane olmuşdu.