15:45 30-09-2020
news_image
112
DİGƏR NÖVLƏR

Düşmənin Ağdərədə yerləşən qərargahına zərbə endirildi - MN

Düşmənin Ağdərədə yerləşən qərargahına zərbə endirilib.

APA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilib. Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.