16:00 30-09-2020
news_image
99
FUTBOL

“Bavariya”nı arzulayır – “Çelsi”nin futbolçusu

İngiltərənin “Çelsi” klubunun futbolçusu Kallum Hadson-Odoi Almaniyaya köçməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, 20 yaşlı vinger karyerasını “Bavariya”da davam etdirmək niyyətindədir.

Münhen klubunun maraq dairəsində olan ingiltərəli oyunçu bu keçidin baş tutması üçün londonlulara müraciət edib. O, “Bavariya”da daha çox oyun praktikası əldə edəcəyinə inanır.

Qeyd edək ki, Kallum Hadson-Odoinin “Çelsi” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.