
01:58
İngiltərənin “Çelsi” klubunda yaşanan qalmaqalın narazılıqları səngimək bilmir.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisinin futbolçusu Markos Alonso baş məşqçi Frenk Lempardla arasında yaşanan münaqişə səbəbindən klubdan ayrılmağa yaxındır.
Bu narazılıqlar ispaniyalı müdafiəçinin “Vest Bromviç”lə görüşün fasiləsində icazəsiz klub avtobusuna yollanması səbəbindən yaranıb. 29 yaşlı oyunçu karyerasını İtaliyada davam etdirə bilər. Onunla “İnter” və “Yuventus” maraqlanır.