19:02 30-09-2020
news_image
118
FUTBOL

“Bizi nələrin gözlədiyini bilirik” – “Legiya”nın müdafiəçisi

“Hər bir məşqçi öz modelini komandasına uyğunlaşdırmaq istəyir. Yeni həll yollarını tətbiq etmək üçün vaxtımız oldu, onları növbəti matçda göstərmək istəyirik”.

Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Legiya” klubunun mərkəz müdafiəçisi Mateuş Vieteska Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyunu dəyərləndirərkən deyib.

23 yaşlı futbolçu oyunöncəsi mətbuat konfransında iştirak edib. Vieteska Azərbaycan çempionunu yaxşı təhlil etdiklərini vurğulayıb: “Qarabağ”la oyunun bizim üçün nə qədər vacib olduğunu bilirik. Matça yaxşı hazırlaşmışıq. Rəqibi təhlil etdik və bizi nələrin gözlədiyini bilirik. Hazırlaşmaq üçün bir həftəmiz var idi. Məşqdən-məşqə daha yaxşı görünürük. Azərbaycan çempionu ilə oyuna nikbin baxıram”.

Qeyd edək ki, oktyabrın 1-də Varşavada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:00-da başlayacaq.