21:52 30-09-2020
news_image
164
FUTBOL

“Qarabağ”da zədəlilərin durumu – Gerye sabah komandaya qoşula bilər

“Vild-Donald Gerye pasportla bağlı problem yaşadı. Onun oyun günü komandaya qoşulmaq şansı var. Bəlkə də, Varşavada meydana çıxacaq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində Polşa çempionu “Legiya” ilə keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis komandanın hazırkı durumundan da bəhs edib. O, zədəlilərin sıraya döndüyünü, lakin meydana çıxıb-çıxmayacaqlarının bəlli olmadığını vurğulayıb: “Pandemiya ilə bağlı prosedurları bilirik. Çərşənbə axşamı koronavirus testindən keçmişik. Futbolçularımız matça hazırdır. Yalnız görüşdən əvvəl onların sağlamlıq durumunu biləcəyik. Bəziləri zədədən yeni qayıdıb, məşqlərə başlayıb. Qarşılaşmanın startına bir neçə saat qalmış hər şeyə aydınlıq gələcək”.

Qeyd edək ki, oktyabrın 1-də Polşa Ordu Stadionunda keçiriləcək “Legiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 22:00-da başlayacaq.