00:07 01-10-2020
news_image
114
FUTBOL

21 vəsiqə öz sahibini tapacaq – Avropa Liqasının qrupuna

Bu gün Avropa Liqasında pley-off mərhələsinin oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, baş tutacaq 21 qarşılaşmada qrup mərhələsinə son vəsiqələrin sahibləri bəlli olacaq.
 
Bu komandalardan 13-ü Əsas yol, 8-i Çempionlar yolundan qrupa düşəcək. Türkiyənin ən titullu klubu “Qalatasaray” Şotlandiyada “Reyncers”in qonağı olacaq. Azərbaycan çempionu “Qarabağ”ı isə Polşada “Legiya” ilə sınaq gözləyir.
 
Qeyd edək ki, qrup mərhələsinin püşkatması oktyabrın 2-də keçiriləcək. Tədbirdə 48 komanda 12 qrupa bölünəcək.
 
Avropa Liqası
Pley-off
Çempionlar yolu

19:30. ÇFR (Rumıniya) - “Kuopio” (Finlandiya)
21:00. “Ararat-Armeniya” (Ermənistan) - “Srvena Zvezda” (Serbiya)
21:00. “Dinamo” (Xorvatiya) - “Flora” (Estoniya)
22:00. “Dinamo” (Brest, Belarus) -  “Lüdoqorets” (Bolqarıstan)
22:00. “Legiya” (Polşa) - “Qarabağ” (Azərbaycan)
22:00. “Sarayevo” (Bosniya və Herseqovina) - “Seltik” (Şotlandiya)
22:30. “Dandalk” (İrlandiya) - “Klasksvik” (Farer adaları)
22:30. “Yanq Boyz” (İsveçrə) - “Tirana” (Albaniya)
Əsas yol
21:00. “Malmö” (İsveç) - “Qranada” (İspaniya)
21:00. “Rusenborq” (Norveç) – PSV (Niderland)
21:00. “Şarlerua” (Belçika) - “Lex” (Polşa)
21:00. “Slovan” (Çexiya) - APOEL (Kipr)
21:30. “Hapoel” (Beer-Şeva, İsrail) - “Viktoriya” (Çexiya)
22:00. “Kopenhagen” (Danimarka) - “Riyeka” (Xorvatiya)
22:00. “Standard” (Belçika) - “Fehervar” (Macarıstan)
22:30. “Bazel” (İsveçrə) - MOİK (Bolqarıstan)
22:45. “Reyncers” (Şotlandiya) - “Qalatasaray” (Türkiyə)
22:45. AEK (Yunanıstan) - “Volfsburq” (Almaniya)
23:00. “Rio Ave” (Portuqaliya) - “Milan” (İtaliya)
23:00. “Sportinq” (Portuqaliya) - LASK (Avstriya)
23:00. “Tottenhem” (İngiltərə) - “Makkabi” (Hayfa, İsrail)