22:48 30-09-2020
news_image
78
FUTBOL

Futbolçusunu 20 milyona satdı - “Bavariya”

Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Mikael Kyuizans İngiltərəyə köçüb.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı orta sahə oyunçusu “Lids”lə müqavilə imzalayıb.

Fransalı futbolçu Premyer Liqanın debütantına 20 milyon avroya başa gəlib. Kyuizans yeni komandası ilə 4 illik saziş bağlayıb. Müqavilədə yer alan bəndə əsasən, “Bavariya” qarşıdakı iki il ərzində onu qaytarmaq hüququna malikdir.

Qeyd edək ki, 2019-cu ildə “Bavariya”ya keçən Mikael Kyuizans Fransanın “Nansi” klubunun yetirməsidir.