23:34 30-09-2020
news_image
62
FUTBOL

Üç həftə oynamayacaq – “Mançester Siti”nin müdafiəçisi

İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Aleksandr Zinçenkonun durumuna aydınlıq gəlib.
 
Apasport.az saytının məlumatına görə, tibbi müayinədən keçən ukraynalı futbolçuda əzələ zədəsi aşkarlanıb.
 
Həkimlər onun 3 həftə futboldan uzaq qalacağını açıqlayıb. Bu isə Zinkenkonun yoldaşlıq görüşündə Fransa (7 oktyabr), həmçinin Millətlər Liqasında Almaniya (10 oktyabr) və İspaniyaya (13 oktyabr) qarşı görüşlərdə Ukrayna yığmasına kömək etməyəcəyi anlamına gəlir.