00:13 01-10-2020
news_image
123
FUTBOL

“Bavariya”nın hədəfində - xorvatiyalı forvard

Almaniyanin “Hoffenhaym” klubunun hücumçusu Andrey Kramariç komandasını dəyişə bilər.
 
Apasport.az saytının məlumatına görə, xorvatiyalı forvard Bundesliqa çempionu “Bavariya”nın maraq dairəsinə düşüb.
 
Çempionatın II turunda məhz “Bavariya” ilə qarşılaşmada komandasının 4:1 hesablı qələbəsinə dublla töhfə verən 29 yaşlı oyunçuya münhenlilərin qol “silahı” Robert Levandovskiyə alternativ gözü ilə baxılır. “Bavariya”nın idman direktoru Hasan Salihamidziç futbolçunun menecerliyini edən şirkətlə transferin mümkünlüyünü müzakirə edir.
 
Qeyd edək ki, Andrey Kramariç cari mövsüm 3 oyunda 7 qola imza atıb.