00:39 01-10-2020
news_image
117
FUTBOL

“Fiorentina” “yox” dedi – “Mançester Yunayted”ə

İngiltərə klubu “Mançester Yunayted” hücumun cinahını gücləndirmək üçün danışıqlarını intensivləşdirib.
 
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisinin növbəti cəhdi də uğursuz alınıb.
 
Dortmund “Borussiya”sından Ceydon Sanço və “Barselona”dan Usman Dembeleni hələlik ala bilməyən “qırmızı şeytanlar”ın növbəti hədəfi İtaliya “Fiorentina”sında çıxış edən Federiko Kyezadır. “Mankunianlar” İtaliya millisinin üzvünü əvvəlcə icarəyə götürməyi planlaşdırsa da, flosensiyalılar bunu qəti şəkildə rədd ediblər.
 
Qeyd edək ki, 23 yaşlı Kyeza 2016-cı ildən “Fiorentina”nın əsas komandasında çıxış edir.