09:59 01-10-2020
news_image
252
FUTBOL

“Qarabağ”a qoşuldu – Donald Gerye

Avropa Liqasının pley-off mərhələsində bu gün Polşa klubu “Legiya” ilə qarşılaşacaq “Qarabağ” müdafiəçisi Vild-Donald Geryeyə qoşulub.

Apasport.az saytının məlumatına görə, pasport problemi ucbatından komanda ilə birlikdə Varşavaya yollana bilməyən haitili futbolçu artıq adıçəkilən şəhərdədir.

Bunu Gerye özü Polşa mətbuatına açıqlamasında bildirib. O, gecə saatlarında Varşavaya çatdığını söyləyib. Artıq kollektivlə birlikdə olan 31 yaşlı cinah oyunçusu Polşa Ordu Stadionunda keçiriləcək qarşılaşmada məşqçilər korpusunun ixtiyarında olacaq.

Qeyd edək ki, “Legiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 22:00-da başlayacaq.