11:42 01-10-2020
news_image
279
FUTBOL

Fransalı futbolçu oynamayacaq – “Qarabağ”a qarşı

Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”la qarşılaşacaq Polşa klubu “Legiya”da daha bir futbolçunun durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Varşava təmsilçisi bugünkü matçda müdafiəçi Villiam Reminin xidmətindən məhrum olacaq.

Zədədən əziyyət çəkən fransalı futbolçunun Polşa Ordu Stadionundakı görüşdə meydana çıxmayacağı dəqiqləşib. Kollektivə yeni qoşulan qvineyalı hücumçu Joze Kante ilə bağlı qərar isə oyunun startına az müddət qalmış veriləcək.

Qeyd edək ki, “Legiya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 22:00-da start götürəcək.