
21 yaşadək futbolçulardan ibarət Slovakiya yığması Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Fransa millilərinə qarşı keçirəcəyi oyunun heyətini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Yaroslav Kentoş müvafiq olaraq oktyabrın 8-də və 12-də baş tutacaq görüşlərə 24 futbolçu dəvət edib.
U-21-in çalışdırıcısı eyni zamanda ehtiyat heyəti də müəyyənləşdirib. “24-lük”də hər hansı bir itki olarsa, ehtiyatda 2 qapıçı, 6 müdafiəçi, 8 yarımmüdafiəçi və 1 hücumçu ora qoşulmağa hazırdır.
Qapıçılar: David Şipoş (“Nitra”), Samuel Petraş (“Jilina”), İvan Krayçirik (“Rujomberok”)
Müdafiəçilər: Martin Şulek (“Trenkin”), Kristian Vallo, Branislav Sluka (hər ikisi “Jilina”), Lukaş Fabiş (“Nitra”), Dominik Şpiryak (“Pohronye”), Gerqeli Tumma (“Spartak”, Trnava), İvan Mesik (“Nordsyelland”), Matuş Voytko (“Zemplin”)
Yarımmüdafiəçilər: Peter Pokornı (“Senkt-Polten”), Miroslav Qono, Patrik Misloviç, David Dyuriş, Yan Bernat (hamısı “Jilina”), Kristian Herç (“Karvina”), Yakub Kadak (“Trenkin”), Tomaş Suslov (“Qroningen”), Martin Koval (“Zlate Moravçe-Vrable”), Marian Çobot (“Nitra”)
Hücumçular: Lyubomir Tupta (“Verona”), David Streleç (“Slovan”), Ladislav Almasi (“Rujomberok”).
Qeyd edək ki, oktyabrın 8-də Nitrada yığmamızı qəbul edəcək slovakiyalılar dörd gün sonra Strasburda Fransanın qonağı olacaq. Azərbaycan və Slovakiya yığmaları 2-ci qrupda 6 xalla 4-5-ci yerləri bölüşürlər.