00:30 02-10-2020
news_image
72
FUTBOL

“Qələbəni əsgərlərimizə və Azərbaycan xalqına həsr edirəm” - Qurban Qurbanov

“Əvvəla, futbolçuları yox, əsgərlərimi təbrik edirəm. Çünki bu gün əsgər kimi idilər”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində Polşa çempionu “Legiya” ilə keçirilən oyun barədə danışarkən deyib.

Varşavada baş tutan qarşılaşmada rəqibi üzərində 3:0 hesablı inamlı qələbə qazanan Ağdam təmsilçisi qrup mərhələsində vəsiqə qazanıb. "Qarabağ" Polşa zəfərini əsgər salamı ilə qeyd edib. 

Oyunsonrası mətbuat konfransında Qurbanov komandanın çıxışından razılıq bildirib: “Legiya” yaxşı komandadır, amma oyun sistemini dəyişib. Düşünürəm ki, 3:0 hesabı bu matçın gedişatını tam əks etdirmir, çünki “Legiya” nəticənin göstərdiyindən daha yaxşı komandadır. Sadəcə, son vaxtlar Polşa komandasında çox dəyişikliklər edilib. Əsgərlərimi, futbolçularımı təbrik etmək, “Legiya”ya və məşqçisinə uğurlar arzulamaq istəyirəm. Nəticədən çox məmnunam. Bu qələbəni cəbhədə döyüşən əsgərlərimizə və bütün Azərbaycan xalqına həsr edirəm”.