11:00 02-10-2020
news_image
117
FUTBOL

“Meydanda pis gündə idik” – “Legiya”nın futbolçusu

“Legiya”nın niyə yüksək səviyyədə oyun göstərmədiyini bilmirəm”.

Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Legiya” klubunun futbolçusu Joel Valensiya Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirilən oyun haqda danışarkən deyib.

Komandasının 0:3 hesabı ilə məğlub olduğu qarşılaşmanı dəyərləndirən ekvadorlu vinger uğursuzluğun səbəbini özlərində görüb: “Keyfiyyətli oyunçularımız var, çox çalışmışdıq. Əlbəttə, son vaxtlar komandada çox şey dəyişdi. Ancaq uğursuzluğa bəhanə yoxdur, məsuliyyəti üzərimizə götürməliyik. Bu gün meydanda pis gündə idik. Hər şeyi səhv etdiyimizi boynumuza almalı və mübarizəmizi davam etdirməliyik”.

26 yaşlı ön xətt oyunçusu hesabın açılması ilə müqavimətlərinin qırıldığını söyləyib: “İlk hissəni daha yaxşı keçirə bilərdik. Meydanda boş sahələr çox olurdu. Bunu ikinci hissədə də gördük. Ancaq qol buraxdıqdan sonra ümidimizi üzdük. Yeni taktikamız, yeni məşqçimiz var, amma bu, bəhanə deyil. Hamısı bizim günahımızdır. Davam etməli və yaxşı oynamağı bacardığımızı sübut etməliyik”.