
Azərbaycan Premyer Liqasında V turun növbəti təyinatları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, oktyabrın 3-də baş tutacaq iki qarşılaşmanın hakimləri, hakim-inspektor və AFFA nümayəndəsi bəlli olub.
“Qəbələ” – “Sumqayıt” görüşü FİFA hakimi Əliyar Ağayevə həvalə edilib. “Zirə” və “Neftçi” arasında mərkəzi oyunda isə Elçin Məsiyev fit çalacaq.
Azərbaycan Premyer Liqası
V tur
3 oktyabr (şənbə)
14:00. “Qəbələ” –“Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu
16:00. “Zirə” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəhim Həsənov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu