11:17 02-10-2020
news_image
129
FUTBOL

“Siz Qarabağı qanınızla, biz tərimizlə ucaldırıq!” – Mahir Emreli

Avropa Liqasının pley-off mərhələsində Polşa klubu “Legiya” üzərində qələbə qazanan “Qarabağ”ın futbolçuları sosial şəbəkələrdəki paylaşımları ilə bunu qeyd ediblər.

Apasport.az saytının məlumatına görə, yerli və əcnəbi oyunçuların paylaşımları arasında hücumçu Mahir Emrelinin yazdıqları xüsusi diqqət çəkib.

Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı ordumuza dəstək nümayiş etdirən milli komandamızın üzvü qələbəni qəhrəmancasına şəhid olan əsgərlərimizə həsr edib: “Bu qələbəmizi şəhidlərimizə ithaf edirik! Siz Qarabağı qanınızla, biz tərimizlə ucaldırıq!”

Qeyd edək ki, “Legiya”nı 3:0 hesabı ilə məğlub edən “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.