11:21 02-10-2020
news_image
139
FUTBOL

“Qarabağ” əvvəldən sona qədər üstün oldu” – “Legiya”nın yarımmüdafiəçisi

“Matça bütün həftə boyu hazırlaşmışdıq. Çox şeyi təhlil etmişdik”.

Apasport.az saytının məlumatına görə, bunu “Legiya”nın yarımmüdafiəçisi Domaqoy Antoliç Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a məğlub olduqları oyunu dəyərləndirərkən deyib.

Xorvatiyalı futbolçu Azərbaycan çempionunun qələbəyə layiq oynadığını etiraf edib: “Meydanda yeni sistemlə oynamağa çalışdıq. Əvvəldən sona qədər “Qarabağ” bizdən üstün oldu. Onları bu qələbə münasibətilə təbrik etmək lazımdır. Çünki qarşılaşma ərzində daim üstün oldular. Daha çox qol şansları yaratdılar və daha sürətli idilər. Hamısını təhlil etməli, nəyi daha yaxşı edə bildiyimizi müəyyənləşdirməliyik. Bizim üçün asan bir an deyil, lakin irəliyə baxıb zəfərli yola qayıtmalıyıq”.

Qeyd edək ki, Polşa Ordu Stadionundakı qarşılaşmada 0:3 hesabı ilə uduzan Varşava təmsilçisi avrokuboklarla vidalaşıb.