
17:38
AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik beynəlxalq oyuna təyinat alıb.
Apasport.az saytının məlumatına görə, avstriyalı mütəxəssis UEFA Millətlər Liqasının C liqasının matçında iş başında olacaq.
O, 3-cü qrup mərhələsi çərçivəsində keçiriləcək Kosovo – Sloveniya oyununun hakim-inspektoru kimi iştirak edəcək. Bu matç oktyabrın 11-də Priştina şəhərində baş tutacaq.