12:00 02-10-2020
news_image
120
FUTBOL

İkinci liqa klubunda - “Zirə”dən ayrılan futbolçu

“Zirə”nin sabiq futbolçusu Anastasios Papazoğlu, nəhayət ki, özünə yeni komanda tapıb.

Apasport.az saytının məlumatına görə, yunanıstanlı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

32 yaşlı oyunçu keçmiş komandası “Ksanti”yə qayıdıb. Eyniadlı şəhəri təmsil edən ikinci liqa təmsilçisi rəsmi saytı vasitəsilə Papazoğlu ilə müqavilə imzalandığını bəyan edib.

Qeyd edək ki, ötən mövsüm “Zirə”nin heyətində Premyer Liqada 10 oyun keçirib, 1 avtoqol müəllifi olan Anastasios Papazoğlu 2015-ci ildə 6 ay “Ksanti”nin formasını geyinib.