12:32 02-10-2020
news_image
185
FUTBOL

“Hansı komandada çıxış etdiyimizi yaxşı dərk edirik” - Andrade

“Bizim üçün çox vacib oyun idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Avropa Liqasının pley-off mərhələsində Polşa çempionu “Legiya” üzərində qazanılan 3:0 hesablı qələbəni dəyərləndirərkən deyib.

Bir qol və bir məhsuldar ötürmə ilə qarşılaşmanın qəhrəmanı olan kabo verdeli orta sahə oyunçusu “Xəzər TV”yə açıqlamasında yüksək səviyyədə çıxış etdiklərini söyləyib.

27 yaşlı futbolçu “Qarabağ”ın forması altında oynamağın məsuliyyətini anladıqlarını vurğulayıb: “Hansı komandada çıxış etdiyimizi yaxşı dərk edirik. Baş məşqçinin verdiyi tapşırıqların öhdəsindən gəlməyi bacardıq. Meydana qələbə üçün çıxmışdıq. Sonda sərgilədiyimiz gözəl oyunla istəyimizə çatdıq”.

Qeyd edək ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri bu gün keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.