13:27 02-10-2020
news_image
117
FUTBOL

Azərbaycanla oyuna 26 futbolçu gətirəcək – Kipr yığması

Kipr yığmasının yoldaşlıq görüşündə Çexiya, Millətlər Liqasında isə Lüksemburq və Azərbaycanla oyunları üçün heyəti açıqlanıb.

Apasport.az-ın Kipr Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Yohan Valem qarşıdakı matçlara 26 futbolçu dəvət edib.

Komanda oktyabrın 5-dən bir araya gələrək, məşqlərə başlayacaq.

Kipr yığmasının heyəti: Matiya Spolyariç (AEK), Minas Antoniu, Haris Kiriaku (hər ikisi AEL), Demetris Kristofi, Kostakis Artimatas (hər ikisi “Anortosis”), Kristos Veeler, Kristos Sielis (hər ikisi APOEL), Çaralambos Kiriaku, Yannis Pittas, Fanos Katelaris, Dimitris Dimitriu (hamısı “Apollon”), Panagiotis Zakariu, Neopitos Mixael (hər ikisi “Olimpiakos”), Yannis Kusulos, Marinos Tzionis, Andronikos Kakullis, Loyzos Loyzou, Çaralambos Kiryakidis (hamısı “Omoniya”), Yannis Kostis (“Olimpiakos”, Yunanıstan), Pyeros Sotiriu (“Astana”, Qazaxıstan), Qriqoris Kastanos (“Frosinone”, İtaliya), Aleks Qoqiç (“Hibernian”, Şotlandiya), Nikolas Yoannu (“Nottingem Forest”, İngiltərə), Konstantinos Laifis (“Standard”, Belçika), Mixalis Yannu (“Roda”, Niderland), Andreas Karo (“Salernitana”, İtaliya).

Qeyd edək ki, Kipr yığması oktyabrın 7-də Çexiyanı qəbul edəcəksə, ayın 10-da Lüksemburqun, üç gün sonra isə Bakıda Azərbaycan millisinin qonağı olacaq.