13:46 02-10-2020
news_image
223
FUTBOL

Yığmamızda yeni ad - Əli Qurbani

Millətlər Liqasının qrup mərhələsində Monteneqro və Kiprlə qarşılaşacaq Azərbaycan yığmasının heyətinə yeni futbolçular cəlb olunub.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Canni de Byazi 2 oyunçuya ilk dəfə millinin formasını geyinmək imkanı yaradıb.

Bunlar “Sumqayıt”ın qapıçısı Aydın Bayramov və milliləşdirilmiş hücumçu Əli Qurbanidir. Xüsusən də, yay fasiləsində İrandan “Sumqayıt”a gətirilən və Premyer Liqanın ilk 4 turunda 4 qol vuraraq bombardirlər siyahısına başçılıq edən Qurbanini çağırılmasını vurğulamaq olar.

Qeyd edək ki, oktyabrın 10-da Monteneqronun qonağı olacaq komandamız bundan 3 gün sonra Kipri qəbul edəcək.