15:11 02-10-2020
news_image
107
FUTBOL

Mövsümün ən yaxşısı açıqlandı – Avropa Liqasında

Avropa Liqasında 2019/20 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, ən yaxşının adı 2020/21 mövsümünün qrup mərhələsinin bu gün keçirilən püşkatmasında açıqlanıb.

UEFA-nın İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Romelu Lukaku (“İnter”) mövsümün ən yaxşısı elan edilib. O, bu ada namizəd olan digər iki futbolçu – Bruno Fernandeş (“Mançester Yunayted”) və Ever Baneqa (“Sevilya”) arxada qoyub.

Qeyd edək ki, 4-cü dəfə sahibini tapan mükafatı indiyədək Pol Poqba (2016/17), Antuan Qrizmann (2017/18) və Eden Azar (2018/19) qazanıb.