15:59 02-10-2020
news_image
301
FUTBOL

"Qarabağ" güclü komandadır" - Rıza Çalımbay

“Yaxşı qrupa düşmüşük”.

Apasport.az saytının məlumatına görə, bunu “Sivasspor”un baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

Türkiyə klubu Azərbaycan çempionu “Qarabağ”, həmçinin İsrail təmsilçisi “Makkabi” (Təl-Əviv) və İspaniya “Vilyarreal”ı ilə İ qrupun da mübarizə aparacaq.

Çalımbay hədəflərinin qrupdan çıxmaq olduğunu söyləyib: “Mən "Dənizlispor"da olarkən çox çətin qrupa düşmüşdük. "Lion", "Sparta", "Porto" var idi. Həmin qrupdan çıxmışdıq. İnşallah, bu qrupdan da çıxacağıq. Yenə asan qrupa düşməmişik. "Vilyarreal"ı, onsuz da, hamı tanıyır. "Qarabağ" və "Makkabi" də güclü komandalardır. Heyətimizi Avropa Liqasına uyğun qurmuşuq. Ölkəmizin xala ehtiyacının olması  bizi daha çox həvəsləndirir. Həm ölkəmiz, həm də özümüz üçün mübarizə aparacağıq. Yaxşı oyunçularımız var, gözəl işlər görəcəyimizi düşünürəm. Komandamızı növbəti mərhələyə çıxaracağıq".

Qeyd edək ki, qrup mərhələsində I tur 22 oktyabr, II tur 29 oktyabr, III tur 5 noyabr, IV tur 26 noyabr, V tur 3 dekabr, VI tur 10 dekabrda keçiriləcək.