16:57 02-10-2020
news_image
214
FUTBOL

“Bizi asan oyunlar gözləmir” – “Qarabağ”ın rəqibi

“Asan qrup deyil. İspaniyanın güclü klubu olan “Vilyarreal”la, həmçinin “Qarabağ” və “Sivasspor”la qarşılaşacağıq”.

Apasport.az saytının məlumatına görə, bunu Təl-Əviv “Makkabi”sinin hücumçusu İtay Şexter Avropa Liqasının qrup mərhələsinin püşkatmasına münasibət bildirərkən deyib.

Komandasının İ qrupundakı şanslarını dəyərləndirən İsrail millisinin futbolçusu komandaları araşdıracaqlarını söyləyib: “Vilyarreal” “Makkabi”yə əvvəldən tanış olan komandadır. Onları birinci səbətin ən cəlbedici rəqibi saymaq olmaz. Şəxsən mən “Napoli” və ya “Real Sosyedad”la qarşılaşmağı daha çox istəyərdim. Ancaq digər rəqiblər də güclüdür. Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik. Bizi asan oyunlar gözləmir, mümkün qədər hazır olmalıyıq”.

Qeyd edək ki, qrup mərhələsində I tur 22 oktyabr, II tur 29 oktyabr, III tur 5 noyabr, IV tur 26 noyabr, V tur 3 dekabr, VI tur 10 dekabrda keçiriləcək.