22:18 02-10-2020
news_image
172
FUTBOL

“Roma”ya icarəyə verdi – “Real”

İspaniyanın “Real” klubu futbolçusu Borxa Mayoralı karyerasına İtaliya A seriyasında davam etdirəcək.
 
Apasport.az saytının məlumatına görə, 23 yaşlı ispaniyalı hücumçu icarə əsasında “Roma”ya keçib.
 
O, iki mövsüm “canavarlar”ın heyətində oynayacaq. Futbolçunun icarə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Anlaşmaya əsasən icarə müddəti bitdikdən sonra “Roma” futbolçunu 15-20 milyon avroya transfer edə bilər.
 
Qeyd edək ki, Mayoral ötən mövsüm icarə əsasında “Levante”də oynayıb.