17:53 03-10-2020
news_image
643
FUTBOL

“Neftçi” yenə qələbəsiz qaldı – Premyer Liqada vahid lider

Bu gün Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçirilib.
 
Apasport.az saytının məlumatına görə, milli komandaların matçları ilə əlaqədar fasilə ərəfəsindəki son oyun günündə iki qarşılaşma baş tutub.
 
Liderlər qrupunda qərarlaşan “Sumqayıt” səfərdə “Qəbələ” ilə üz-üzə gəlib. Matçın taleyini birinci hissədə vurulan qarşılıqlı qollar həll edib. Çempionatın bombardiri Əli Qurbani hesabı açsa da, ev sahiblərinin yeni transferi Rafael Utriq fasilə ərəfəsində status-kvonu bərpa edib. Bununla cari mövsüm qələbə qazanmayan yeganə komanda olan “Qəbələ” ardıcıl 3-cü, ümumilikdə isə 4-cü heç-heçəsini edib. “Sumqayıt” isə məğlubiyyətsiz oyunlar seriyasını 4-ə çatdırıb.
 
Günün digər matçında iki paytaxt klubu üz-üzə gəlib. Bakı derbisinin qalibi vahid liderliyi ələ keçirib. Oyun əsasən “Neftçi”nin üstünlüyü şəraitində keçsə də, rəqibin müdafiə xəttinin müqavimətini qırmaq mümkün olmayıb. Əvəzində zirəlilər qarşılaşmanın son dəqiqəsində qələbə topunu vurmağa müvəffəq olub. Bununla “Zirə” vahid liderliyə yüksəlib. “Neftçi” isə ötən turdakı kimi, yenə qələbə qazana bilməyib.
 
Qeyd edək ki, ilk gündə “Keşlə” “Sabah” üzərində səfər qələbəsi qazanıb – 2:0. Turun “Qarabağ” – “Səbail” görüşü isə qeyri-müəyyən müddətə təxirə salınıb.

Azərbaycan Premyer Liqası 
V tur
3 oktyabr (şənbə)
14:00. “Qəbələ” – “Sumqayıt” - 1:1
Qollar:  
Rafael Utriq, 44 - Əli Qurbani, 26
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rəşad Əhmədov
“Qəbələ”: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 28. Murad Musayev, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 55. İdris İnqilablı
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 99. Ceyms Adeniyi, 22. Rodriqo Qattas, 13. Yurgen Qoxa, 71. Rüfət Əhmədov
Baş məşqçi: Elmar Baxşıyev
“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov
Ehtiyat oyunçular: 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 4. Kərəm Sultanov, 21. Adəm Həmati, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə, 15. Hüseyn Cəfərov, 8. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
Qəbələ şəhər stadionu

16:00. “Zirə” – “Neftçi” - 1:0
Qol: 
Davit Volkov, 90+5
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəhim Həsənov
“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 91. Ruslan Qurbanov, 4. Elvin Camalov (k), 2. Sərtan Taşkın, 13. Şəhriyar Rəhimov, 3. Ali Sisey, 9. Davit Volkov, 11. Klesio Bauk, 44. Dmitrios Çantakias, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 10. Ağabala Ramazanov, 5. Kərim Diniyev, 17. Kayo Rangel, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
“Neftçi”: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 2. Cabir Əmirli, 19. Fəhmin Muradbəyli, 10. Saman Nərimancahan, 13. Prins İbara, 20. Mert Çelik, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 40. Vüqar Həsənov, 45. Əli Mürsəlov, 37. Vüsal Əsgərov
Baş məşqçi: Füzuli Məmmədov
Zirə İdman Kompleksinin stadionu 

1

Zirə

5

3

1

1

7-6

10

2

Keşlə

5

2

2

1

5-3

8

3

Sumqayıt

5

2

2

1

7-5

8

5

Neftçi

5

2

1

2

5-6

7

5

Sabah

5

2

0

3

6-6

6

6

Qarabağ

4

1

2

1

5-4

5

7

Qəbələ

5

0

4

1

3-6

4

8

Səbail

4

1

0

3

5-7

3

Bombardir: Əli Qurbani ("Sumqayıt") - 5 qol