11:31 03-10-2020
news_image
126
FUTBOL

“Milan”a keçdi - “Mançester Yunayted”in müdafiəçisi

“Mançester Yunayted”in müdafiəçisi Dioqo Dalot İtaliyaya köçüb.
 
Apasport.az saytının məlumatına görə, portuqaliyalı futbolçu “Milan”ın formasını geyinəcək.
 
Klublar 21 yaşlı oyunçunun icarə əsasında “rossonyerlər”də oynamasına razılaşıblar. Dalot 2020/21 mövsümünün sonuna qədər A seriyası təmsilçisində çıxış edəcək. “Everton”un da diqqət mərkəzində olan futbolçunu “Milan” birdəfəlik transfer etmək hüququna malik olacaq.
 
Qeyd edək ki, Dioqo Dalot “Mançester Yunayted”ə 2018-ci ildə “Porto”dan keçib.