12:59 03-10-2020
news_image
99
FUTBOL

“Fiorentina” “Yuventus”a qiymət oxudu – 60 milyon

İtaliyanın “Yuventus” klubu A seriyasında çıxış edən digər komanda “Fiorentina”nın hücumçusu Federiko Kyezanın transferində israrlıdır.
 
Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi qarşı tərəflə danışıqları davam etdirir.
 
Florensiyalılar 23 yaşlı ön xətt oyunçusunu satmağa razılıq verib. Ancaq “Fiorentina” İtaliya millisinin üzvünün qiymətinin 60 milyon avro olduğunu bəyan edib. “Yuventus” “transfer pənrəcəsi”nin son günü olan 5 oktyabra qədər məbləği ödəməyə razılıq versə, keçid baş tutacaq.
 
Qeyd edək ki, Federiko Kyeza bu mövsüm A seriyasının ilk 3 oyununda 1 qol vurub.