14:42 03-10-2020
news_image
220
FUTBOL

10 milyon avroluq qazanc – “Qarabağ”ın rəqibindən

Türkiyə klublarının avrokuboklarda cari mövsümdəki qazancı açıqlanıb.
 
Apasport.az saytının məlumatına görə, müvafiq olaraq Çempionlar Liqası və Avropa Liqasında çıxış edəcək “Başakşəhər”lə “Sivasspor” büdcəsini zənginləşdirəcək.
 
“Beşiktaş”, “Alanyaspor” və “Qalatasaray”ın bu turnirlərin seçmə mərhələsində mübarizəni dayandırması “Başakşəhər”lə “Sivasspor”un xeyrinə işləyib. İstanbul təmsilçisi Çempionlar Liqasının qrupunda oynayacağı üçün 30 milyon avro əldə edəcək. Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Sivasspor”un qazancı isə 10 milyon avro olacaq.
 
Qeyd edək ki, “Başakşəhər” Çempionlar Liqasının H qrupunda “Leypsiq (Almaniya), PSJ (Fransa) və “Mançester Yunayted”lə (İngiltərə), “Sivasspor” isə Avropa Liqasının İ qrupunda “Vilyarreal” (İspaniya), “Makkabi” (Təl-Əviv, İsrail) və “Qarabağ”la (Azərbaycan) mübarizə aparacaq. “Sivasspor”la “Qarabağ” arasındakı matçlar noyabrın 5-də Sivasda, 26-da isə Bakıda baş tutacaq.