
01:58
Azərbaycan Premyer Liqasının V turunda “Qəbələ”nin qonağı olan “Sumqayıt” ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, “Gənclik şəhəri” təmsilçisinin hücumçusu Əli Qurbani zədələnib.
26-cı dəqiqədə hesabı açan forvard zədələndiyi üçün 38-ci dəqiqədə əvəzlənib. Onun yerinə Cavid İmamverdiyev meydana daxil olub. Cari mövsüm Premyer Liqada aktivinə 5 qol yazdıran 30 yaşlı futbolçu bombardirlər yarışına başçılıq edir.
Əli Qurbani Millətlər Liqasının qrup mərhələsində Monteneqro və Kiprlə oyunlar üçün ilk dəfə Azərbaycan yığmasına dəvət edilib.
Qeyd edək ki, “Qəbələ” – “Sumqayıt” matçında hazırda hesab 1:1-dir.