15:09 03-10-2020
news_image
134
FUTBOL

“Arsenal”a 2 milyon qazandırıb gedir – uruqvaylı futbolçu

İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi Lukas Torreyra karyerasını İspaniyada davam etdirəcək.
 
Apasport.az saytının məlumatına görə, 24 yaşlı orta sahə oyunçusu “Atletiko”nun formasını geyinəcək.
 
Uruqvay millisinin üzvü keçidi tamamlamaq üçün İspaniyaya yollanıb. Torreyra Madriddə tibbi müayinədən keçdikdən sonra “Atletiko” ilə 1 illik icarə müqaviləsi imzalayacaq. Bu, London klubuna 2 milyon avro qazandıracaq. La Liqa təmsilçisi gələn ilin yayında onu 18 milyon avro müqabilində birdəfəlik transfer edə biləcək.
 
Qeyd edək ki, 2018-ci ildən “Arsenal”da çıxış edən Lukas Torreyra cari mövsüm meydana çıxmayıb.