19:50 03-10-2020
news_image
103
FUTBOL

“Atletiko”dan Madriddə xal aldı – “Qarabağ”ın rəqibi

İspaniya La Liqasında V tura start verilib.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Vilyarreal” səfər oyununa çıxıb.

Unay Emerinin kollektivi Madriddə “Atletiko”nun qonağı olub. “Vanda Metropolitano”dakı görüşdə qapılara qol vurulmayıb – 0:0. Bu heç-heçə sayəsində “Vilyarreal” xallarının sayını 8-yə yüksəldib və ən azı bir neçə saatlıq liderliyə yüksəlib.

Qeyd edək ki, “Vilyarreal”la “Qarabağ” arasında oyunlar oktyabrın 29-da Bakıda, dekabrın 10-da isə Vilyarrealda baş tutacaq.