12:08 04-10-2020
news_image
353
AVRO-2020

AVRO-2020 üçün təhlükə - London təşkilatçılıqdan imtina edə bilər

2021-ci ilə təxirə salınan futbol üzrə AVRO-2020-nin növbəti təhlükə ilə üzləşib.
 
Apasport.az saytının məlumatına görə, 13 ölkədə təşkil olunacaq final mərhələsinin İngiltərədə baş tutmalı görüşləri ləğv edilə bilər.
 
Bunu Böyük Britaniyanın mədəniyyət, KİV və idman naziri Oliver Dauden açıqlayıb. O bildirib ki, koronavirus pandemiyası Londonun AVRO-2020-nin matçlarını qəbul etməsinə mane olmaq ehtimalı böyükdür: “Ümid edirəm ki, turnir baş tutacaq. Lakin virusla bağlı vəziyyəti və onun gözlənilməz olduğunu nəzərə alsaq, təminat vermək çətindir. Azarkeşlər təhlükəsizlik risk altında olduğu vaxt turnirin keçirilməsini istəməyəcək. Qarşıdakı qışda yenidən xəstəliklə üzləşəcəyik. Şübhəsiz ki, qərar verərkən ilk növbədə insanların sağlamlığını əsas götürəcəyik”.
 
Qeyd edək ki, Londondakı “Uembli” stadionu qrup mərhələsinin üç oyununu, həmçinin 1/8, 1/2 final və final görüşünü qəbul etməlidir.