12:17 04-10-2020
news_image
122
FUTBOL

Premyer Liqada “sarılar”a görə ilk cəzalı – 5 turda 4 vərəqə

Azərbaycan Premyer Liqasının V turundan sonra bir futbolçu cəzalı duruma düşüb.
 
Apasport.az saytının məlumatına görə, bu, “Qəbələ”nin futbolçusu Rövlan Muradovdur.
 
Gənc yarımmüdafiəçi “Sumqayıt”la qarşılaşmada (1:1) sarı vərəqə alıb. Bu, onun cari mövsümün 5 turunda aldığı 4-cü xəbərdarlıq olub.
 
Muradov sarı vərəqə limitini doldurduğu üçün VI turu buraxmalı olacaq. Oktyabrın 17-də “Qəbələ” “Qarabağ”ın qonağı olacaq.
 
Rövlan cari mövsümdə 4 sarı vərəqə alan ilk futbolçudur. Əvvəlki turlarda qırmızı vərəqə üzündən cəzalı duruma düşənlər olsa da, xəbərdarlıq sayına görə belə halla üzləşən qeydə alınmamışdı.
 
Qeyd edək ki, yalnız I turun “Zirə” ilə matçını vərəqəsiz tamamlayan Muradov sonrakı 4 oyunun hamısında xəbərdarlıq alıb.